Xəbər lenti
Senator Emi Klobuşar partiyadaxili seçkilərdə Co Baydeni dəstəkləyəcək
ABŞ Demokrat partiyasında prezidentliyə vahid namizədlik uğrunda yarışanların sırası seyrəlməyə davam edir.
Manevr.az xarici agentliklərə istinadən xəbər verir ki, növbəti geri çəkilən siyasətçi Minnesota ştatının senatoru Emi Klobuşar olub. Bununla bağlı ilk məlumat “The New York Times” qəzetində yayılıb.
Qəzetin qaynaqları senatorun bundan sonra keçmiş vitse-prezident Co Baydeni dəstəkləyəcəyini bildiriblər. Hər iki siyasətçinin Texas ştatının Dallas şəhərində birgə mitinqə qatılması gözlənilir.
Qeyd etmək lazımdır ki, Emi Klobuşar ilkin dövrlərdə bir sıra daha tanınmış və güclü maliyyə dəstəyinə malik namizəd qarşısında önə çıxaraq Nyu-Hempşir ştatındakı seçkilərdə 3-cü sıranı tutmuşdu. Lakin demokrat namizəd Ayova, Nevada və Cənubi Karolinada eyni uğuru təkrarlaya bilməmişdi.
Xatırladaq ki, ABŞ-ın ana müxalifət partiyasında gedən praymeriz yarışında 38 yaşlı gənc siyasətçi, Saunt-Bend şəhərinin (İndiana ştatı) keçmiş meri İter Butticiç artıq namizədliyini geri götürdüyünü bəyan edib. Onun məğlub olmasında əsas səbəb kimi vaxitlə mer vəzifəsində olarkən qaradərili polis zabitini işdən çıxarması və bunun nəticəsində partiyada afro-amerikalılar tərəfindən dəstəklənməməsi göstərilir.
İndi Demokrat partiyasında Donald Trampın rəqibi olmaq uğrunda Co Baydendən başqa Vermont ştatının senatoru Berni Sanders, Massaçusets ştatının senatoru Elizabet Uorren, milyarder Maykl Blumberq və Konqresin Nümayəndələr palatasının ermənipərəst deputatı Tulsi Qabbard mübarizə aparırlar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar