Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan Putindən İdlibin əvəzinə QARABAĞI İSTƏYƏCƏK - Ermənistandan SENSASİYA/VİDEO

Tarix: 02-03-2020 22:39     Baxış: 5283 A- / A+
Ərdoğan Putindən İdlibin əvəzinə QARABAĞI İSTƏYƏCƏK

İdlibdə baş verən proseslərin son nəticəsi Dağlıq Qarabağda yekunlaşa bilər.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Lragir” saytı çıxış edib.

Sayt yazır ki, Türkiyə İdlibdə Rusiya ilə razılışsa, əvəzində isə Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını təmin edə bilər.

“Hətta analitiklər Ankara və Moskvanın İdlibdəki təhlükəsizlik zonaları razılaşmasının Qarabağda da həyata keçirilə biləcəyini istisna etmirlər. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirdi ki, Rusiya arzulayarsa, Qarabağ problemini birgə həll edə bilərlər. Faktiki olaraq, bu, Əliyevin Münhendə səsləndirdiyi “mərhələli həll” variantı, yəni rusların təklif etdiyi “Lavrov planı”dır. Ərdoğan Bakıda olarkən Qarabağ problemindən də danışdı. Türkiyə və Azərbaycan prezidentləri görüşdə bir sıra iqtisadi, rabitə və hərbi müqavilələr imzaladı. Bu razılaşmaların bir hissəsi də Naxçıvanla bağlıdır”, - sayt yazır.

Məqalədə erməni ekspert Ayk Qabrielyanın ötən həftə səsləndirdiyi fikirlər xatırlanır.

Qabrielyan hesab edir ki, Ərdoğan Putini Qarabağın Azərbaycana qaytarılması fikrinə inandırıb.

Sayt iddia edir ki, Türkiyə İdlibdə razılaşma əldə etmək istəyir: “İstisna deyil ki, Ankara İdlibdə Rusiya ilə razılaşmağın əvəzində Moskvadan Qarabağın Azərbaycana qaytarılmasını istəyə bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar