Xəbər lenti
"Amerika dələduzu seçib" - Corc Soros
"The Daily Mail" qəzetinin yazdığına görə milyarder maliyyəçi və xeyriyyəçi Corc Soros ABŞ-da prezident seçilmiş Donald Trampı "dələduz" adlandırıb və deyib ki, "gələcəyin diktatorunun" ölkə başçısı seçilməsi "dağıdıcı qüvvələrə" rəvac verəcək.
Macarıstanda doğulmuş maqnat ABŞ seçkilərində demokrat namizəd Hilari Klintonu dəstəkləyirdi.
O deyib ki, Trampın yüksəlişi və onun Rusiya prezidenti Vladimir Putin kimi rəhbərlərlə yaxınlığı Avropa İttifaqının açıq cəmiyyət modeli üçün təhlükə təşkil edir.
"Demokratiya böhran yaşayır" - yazır Soros, Project Syndicate məcmuəsində.
"Hətta dünyanın aparıcı demokratiyası olan ABŞ da dələduzu və gələcəyin diktatorunu prezident seçib, - yazır Soros, - Tramp seçiləndən bəri ritorikasının tonunu aşağı salsa da, nə davranışını, nə də müşavirlərini dəyişib".
Sorosun fikrincə, Trampın kabineti "bacarıqsız ekstremistlərdən və təqaüdçü generallardan ibarətdir".
"The Daily Mail" yazır ki, hazırda Trampın kabinetində üç təqaüdçü general var. Bunlar onun müdafiə nazirliyinə namizədi James Mattis, daxili təhlükəszilik naziri John Kelly və milli təhlükəsizlik müşaviri vəzifəsinə namizəd Maykl Flinndir.
Məqalədə deyilir ki, bu komanda Trampın kabinetini 1940-cı illərdən bəri Amerikanın ən hərbiləşdirilmiş administrasiyası edəcək.
Soros inanır ki, Trampın seçilməsi bütün dünyada demokratiya üçün təhlükədir.
Xeyriyyəçinin fikrincə, bu administrasiya yaxın gələcəkdə yalnız daxili çəkişmələrlə məşğul olacaq, bu isə başqa ölkələrdə demokratiyanın təbliğatını əngəlləyəcək.
"Tramp daha çox diktatorlarla yaxınlıq edəcək - yazır Soros, - Trump prinsiplərin müdafiəsi yox, sövdələşmələrlə məşğul olacaq".
George Soros yazır ki, Putin sosial media platformalarından və saxta xəbərlərdən istifadə etməklə Trampın seçki qələbəsinə köməklik göstərib.
Maliyyəçinin fikrincə, indi Putin eyni taktikadan istifadə etməklə Avropa İttifaqının demokratik hökumətlərini sarsıdır.
Məqalədə deyilir ki, 2004-cü ildə George W. Bush-un prezident seçilməsini bloklamağa çalışan Soros bu seçkidə Clinton-un kampaniyasına 25 milyon dollarlıq ianə vermişdi.
Belə şayiələr də var ki, Wisconsin, Pennsylvania və Michigan ştatlarında səslərin yenidən sayılması üçün uğursuiz cəhdi də Soros maliyyələşdirib.
Soros yazır ki, "açıq cəmiyyətlər təhlükədədir və faşist diktatorluqlarından tutmuş mafiya dövlətlərinə qədər qapalı cəmiyyətlərin yüksəlişi başlanıb".
"Bu necə baş verə bilərdi? - yazır Soros, - Bunun yeganə izahatı seçkili liderlərin seçicilərin legitim gözləntilərini və istəklərini doğrultmamasıdır. Bu isə elektoratların demokratiya və kapitalizmin üstün versiyalarından küskün düşməsinə gətirib çıxarıb".
"Sadəcə olaraq bir çox adamlar hiss ediblər ki, elitalar onların demokratiyasını oğurlayıblar" - yazır Soros.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar