Xəbər lenti
Yerin ikinci Ayı peyda olub
Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planetləri Öyrənmə Mərkəzi sensasion açıqlama verib: Yer planetinin bir yox, iki təbii peyki var!Ancaq gecə binokl götürüb küçəyə çıxmağa tələsməyin, heç nə görə bilməyəcəksiniz. Ay №:2 diametri 2-3,5 metr aralığında olan ya böyük meteroit, ya da kiçik asteroiddir.
Müqayisə üçün: hamımıza tanış olan Ayın diametri 3474 km-dir.
Arizona ştatındakı Maunt-Lemmon Observatoriyasının astronomları Teodor Pryun və Kasper Verçes sözügedən obyekti fevralın 15-də göy üzünü növbəti müşahidə seansı zamanı aşkar ediblər. Verçes bu haqda özünün "Twitter" hesabında yazıb.
Sonrakı hesablamalar göstərib ki, "2020 SD3" adlandırılmış bu kosmik cisim Günəş sistemindəki milyonlarla asteroiddən biridir. O, 3 il əvvəl planetimizin yaxınlığından keçərkən Yerin cazibə qüvvəsinə "ilişib" qalıb. Onun Planetimizin ətrafında bir dəfə dövr etməsi 47 günə başa gəlir.
Belfast Kraliyyət Universitetinin araşdırmaçısı Qriqori Fedores "New Scientist" jurnalına bildirib ki, onun hesablamalarına görə, yeni peyk Yerin yanında həmişəlik qalmayacaq. Bu ilin aprel ayında Yer, Ay və Günəşin qravitasiya sahələrinin birgə təsiri onu Yer orbitini tərk edib açıq kosmosa qayıtmağa məcbur edəcək.
Ona görə də Kiçik Planetləri Öyrənmə Mərkəzi bu mini-Aya Yerin peyki statusu verməyib və onu müvəqqəti yaxalanmış obyekt adlandırıb.
Analoji hal 2006-cı ilin sentyabrı və 2007-ci ilin iyun ayı aralığında da baş verib - həmin müddət ərzində Yerin müvəqqəti peyki rolunu oynamış kosmik cisim "2006 RH120" adlandırılıb.
Bundan başqa, yüz ildən çoxdur ki, Yeri dörd il bundan əvvəl aşkar edilmiş "2016 HO3" asteroidi müşayət edir. Ancaq bu cisim Yerin yox, Günəşin ətrafında fırlanır - Yerin orbitinə paralel olaraq. Onunla Yer arasındakı məsafə Yerlə Ay arasındakı məsafədən 13,6 dəfə çoxdur.bbc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar