Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Roma Papası dörd gündür üzə çıxmır...

Tarix: 01-03-2020 12:28     Baxış: 3183 A- / A+
Roma Papası dörd gündür üzə çıxmır...

Roma Papası Fransisk artıq dördüncü gündür ki, bütün görüşlərini və qəbullarını təxirə salır.

Koronavirusun ən çox yayıldığı ölkə olan İtaliyada katoliklərin liderinin “özünü pis hiss edərək” bütün proqramını təxirə salması onun həmin virusa yoluxa biləcəyinə dair narahatlıqları artırıb. Belə ki, bir neçə gün əvvəl Papa kütləvi ayin zamanı dindarlarla görüşüb, onların əlini sıxıb, yanaqlarından öpüb. Bu zaman toplaşanların arasında maskalı adamların olduğu gözə dəyib.

Fevralın 27-də Vatikan elan edib ki, Papa özünü “bir az nasaz” hiss edir və rəsmi görüşlərini, tədbirlərini təxirə salır. Bundan əvvəl Papanın tez-tez asqırdığı və öskürdüyü, alnının tərini sildiyi görünüb. Onun “bir balaca soyuqladığı” bildirilib, lakin sonrakı günlərdə də 83 yaşlı Papa görünməyib, onun proqramı təxirə salınıb. Vatikan isə onun səhhəti barədə susur.

İtaliyada koronavirusa yoluxanların sayı minə yaxınlaşır, azı 26 nəfərin öldüyü açıqlanıb.

“Assosiated press” qeyd edir ki, pontifik katolik kilsəsinə rəhbərlik etdiyi müddət ərzində ilk dəfədir bu cür uzun müddətə görünmür. Hələ uşaq yaşlarında keçirdiyi xəstəlik nətiəsində ağ ciyərinin bir hissəsini itirən Fransisk Vatikandaı Santa-Marta iqamətgahındadır və dünən fevralın 29-da onun bəzi qəbullar keçirdiyi, lakin kütləvi ibadətlərdə iştirakını təxirə salmaqda davam etdiyi bildirilir. Vatikan Papanın koronavirus testindən keçib-keçmədiyi haqda şərh vermir.virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar