Xəbər lenti
Tramp:"Taliban" liderləri ilə şəxsən görüşəcəm”
ABŞ prezidenti Donald Tramp tezliklə "Taliban" hərəkatının liderləri ilə təkbətək görüşmək niyyətindədir.
Bu barədə o Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.
"Mən yaxın gələcəkdə "Taliban" liderləri ilə şəxsən görüşəcəm”, - ABŞ prezidenti deyib.
Bununla yanaşı, Tramp bildirib ki, əgər radikal hərəkat sülh razılaşmasını reallaşdırmasa, ABŞ gələcəkdə qoşunlarını yenidən Əfqanıstana qaytaracaq.
"İnanıram ki, "Taliban" nəyəsə təşəbbüs etmək istəyir, biz əbəs yerə vaxt itirmədik. Əgər pis hadisələr olsa, biz qayıdacağıq”, - o deyib.
Ağ Ev rəhbəri daha sonra əlavə edib: “Qoşunlarımızı çox tez qaytaracağıq. Ümid edirəm ki, bu lazım olmayacaq".
Tramp əfqan həmkarı Əşrəf Qanini, həmçinin Əfqanıstan xalqını Birləşmiş Ştatlarla "Taliban" hərəkatı arasında sülh razılaşmasının imzalanması münasibətilə təbrik edib.
"Mən bu müharibə nəticəsində həyatını itirən hər kəsi xatırlamaq istəyirəm. Yaralanmış hərbçilərimizə təşəkkür etmək istəyirəm. Onlar geri qayıtmaq istəyirlər", - ABŞ lideri əlavə edib.
Trampın sözlərinə görə, "talib"lərlə razılıq ABŞ-ın Əfqanıstandakı qoşun sayını təxminən 8 min nəfərə qədər azaltmağa imkan verəcək.report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar