Xəbər lenti
Belarusun Ermənistandakı səfiri İrəvanda Azərbaycana dəstək verdi
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qurumun məqsəd və vəzifələrini – sülhü, sabitliyi və təhlükəsizliyi dəstəkləyən dövlətlərin, istər Azərbaycan, istərsə də Monqolustan olsun, ərizələrinə baxmağa hazırdır”.
Manevr.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri KTMT katibliyinin nümayəndəsi İqor Panarin “Qafqaz regionunda təhlükəsizliyin qorunmasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rolu” mövzusunda dəyirmi masa zamanı Azərbaycanın KTMT-yə üzvlüyünün mümkün olub-olmaması və bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilib-bilməyəcəyi sualına cavabında bildirib.
“Əgər normativ-hüquqi sənədlərə baxsaq, orada belə prosedurlara qarşı bir sıra tələblər irəli sürülüb. Konsensus hüququ da var, buna görə də bu prosedur anlarına hansı dövlətlərin daxil ola biləcəyini qiymətləndirmək üçün tələsməyəcəyəm. Mənə elə gəlir ki, bu məsələyə ölkə tərəfindən rəsmi olaraq belə bir prosesə başlamaq niyyəti ilə bağlı ərizə verildikdən sonra baxmaq olar”, – deyə İ.Panarin vurğulayıb.
O qeyd edib ki, hazırda hər hansı bir ölkənin KTMT-yə üzv ola biləcəyini demək tezdir. “Düşünürəm ki, bu məsələni normativ prosedurların başa çatmasından sonra müzakirə etmək olar”, – deyə İ.Panarin bildirib.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin isə KTMT-də konsensus qaydasının mövcud olduğunu vurğulayıb. “İstənilən halda, üçüncü ölkələrlə münasibətlərin qurulması üçün bütün iştirakçıların razılığı tələb olunur”, – deyə səfir qeyd edib.
Müzakirədə iştirak edən Belarusun Ermənistandakı səfiri İqor Nazaruk bu məsələ ilə bağlı Sovet İttifaqının təcrübəsinə müraciət edib.
“Mən Sovet İttifaqının təcrübəsinə müraciət etmək istəyirəm. Xatirinizdədirsə, biz Baltikyanı respublikalar və Orta Asiya respublikaları arasında fərqli idik. Xoşbəxtlikdən, SSRİ ərazisində bu çoxmillətli ailədə nə ərazi iddiaları var idi, nə millətlərarası, nə də dinlərarası münaqişələr. Buna görə də, bu istiqamətdə trend doğru olardı”, – deyə Belarus səfiri qeyd edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar