Xəbər lenti
Keçmiş ədliyyə naziri koronavirusa yoluxub

İranın keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi koronavirusa yoluxub.
"Iran International" telekanalı xəbər verir ki, 59 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib və karantinə alınıb.
Telekanal İranda indiyədək koronavirusdan 212 nəfərin öldüyünü də açıqlayıb.
Qeyd edək ki, o, 2005-2008-ci illərdə ölkənin daxili işlər, 2013-2017-ci illərdə isə ədliyyə naziri işləyib.
İranda rəsmi məlumata görə koronavirusdan ölənlərin sayı 43, infeksiya daşıyıcılarının sayı 593 nəfərdir. Onların 5-i deputatdır. Eyni zamanda 123 nəfər koronavirusdan sağalıb.
Xatırladaq ki, daha əvvəl İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar - Mahmud Sadiqi və Müctəba Zünnur koronavirusa yoluxub/report.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































