Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ-da 11 yaşlı qız parlamentə dolu tüfənglə girdi

Tarix: 26-02-2020 05:51     Baxış: 3195 A- / A+
ABŞ-da 11 yaşlı qız parlamentə dolu tüfənglə girdi

ABŞ-ın Aydaho ştatında 11 yaşlı Beyli Nilsen qanunvericiliyin müzakirə olunduğu parlamentin iclasına dolu tüfənglə girib.

Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Bildirilir ki, qız ictimai dinləmədə babasını müşayiət edib. Onlar Aydaho ştatında qeydiyyatda olmayan silahların gizli daşınması barədə qanun layihəsinə dəstəklərini ifadə etmək istəyiblər.

Baba nəvəsini cəmiyyətin odlu silahdan qorxmamalı olduğunu nümayiş məqsədi ilə parlamentin iclasına gətirdiyini deyib.

"Beyli beş yaşından atəş açır. O, doqquz yaşı olarkən elə bu tüfəngdən özünün ilk maralını vurub. Nəvəm bu silahı məsuliyyətlə daşıyır və bilir ki, barmağı tətikdə saxlamaq olmaz", - deyə baba bildirib.

Hazırda Aydaho ştatında sakinlərə 18 yaşından etibarən gizli şəkildə silah daşımağa izn verilir. sonxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar