Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan: “Biz öz yol xəritəmizi müəyyənləşdirdik”

Tarix: 23-02-2020 22:12     Baxış: 3205 A- / A+
Ərdoğan: “Biz öz yol xəritəmizi müəyyənləşdirdik”

“Dünən mənim həm Merkel və Makron, həm də Putinlə telefon söhbətlərimiz oldu, bütün bu danışıqlardan sonra biz öz yol xəritəmizi müəyyənləşdirdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O deyib ki, Türkiyə regionda yaşanan gərginliyi aradan qaldırmaq məcbudiyyətindədir: “Bölgəmizdə yaşanan gərginliklərin qarşısını zamanında almasaq qarşıdakı illərdə bizə öz torpaqlarımızda həyatı zindan edərlər. Bu mücadilədə ölkəmizin mənafeyi ilə digər güclərin mənafeyi ilə toqquşur. Lazım gələrsə təkbaşımıza addım ataraq ölkəmizi doğru hədəflərə çatdırmaq əzmindəyik. Həm danışıqlar masası ətrafında, həm də döyüş meydanında. Müqavimət göstərdiyimiz hər bir məsələdə istədiyimiz nəticəni aldıq və bu yolla da davam edəcəyik”.

Ərdoğan bildirib ki, hazırda Türkiyənin Suriya, Liviya və Aralıq dənizində apardığı mübarizə davamlı olmazsa, bu sabah Türkiyə üçün ağır nəticələrə gətirib çıxarar: “Bu gün bizim Şərqi Aralıq dənizində sadəcə qazma gəmiləri deyil, savaş gəmiləri və təyyarələrimiz də mövcuddur. 500 il öncə ordaydıq, yenə də ordayıq”.

Ötən həftə Pakistanda olduğunu, fevralın 25-də isə Azərbaycana səfər edəcəyini vurğulayan R.T.Ərdoğan bu səfərlərin Türkiyənin varlığını ortaya qoymaq məqsədi daşıdını deyib. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar