Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Suya batmış şəhər - Heraklion

Tarix: 22-02-2020 23:02     Baxış: 4184 A- / A+
Suya batmış şəhər - Heraklion


Antik şəhər Heraklion Paris Avropa Sualtı Arxeologiya İnstitutunun təsisçisi Frenk Qoddionun rəhbərlik etdiyi arxeoloqlar qrupu tərəfindən Misirdə üzə çıxarılıb.
Manevr.az seanews.az-a istinadən bildirir ki, qədim Heraklion şəhəri dəniz səviyyəsindən cəmi 1 metr hündürlüyündə olan bir sahədə salınıb. Misir sivilizasiyasının giriş qapısı olan və yunanlar tərəfindən Thonis adıyla da tanınan bu qədim şəhər 1200 il öncəyə qədər sirli bir şəkildə yer üzündən yoxa çıxmışdı. İndi bu şəhər Abukir körfəzində, 6 metr dərinliyində dəniz dibindədir.

Suyun altında tapılan qalıqlar isə bunlardır: 64-dən çox gəmi qalıqları, qızıl sikkələr, bürünc və daşdan düzəldilmiş ölçü kütlələri, 5 metr hündürlüyündə olan heykəllər, antik yunan və antik misir dillərində yazılmış daş lövhələr, 700-dən artıq gəmi lövbəri. Bunlardan əlavə çox sayda irili-xırdalı əhəng daşından düzəldilmiş qəbirlər də tapılıb. Bu qəbirlərin içində isə mumyalanmış heyvanlar olduğu düşünülür. Arxeoloq Qoddio bu sualtı arxeologiya işlərinin hələ ən azı 200 il davam edəcəyi barədə bəyanat verib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar