Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

İranda şok olay: Məzarlıqda dirilər yaşayır -FOTO

Tarix: 29-12-2016 11:15     Baxış: 4493 A- / A+
İranda şok olay: Məzarlıqda dirilər yaşayır


İranın “Şəhrvənd” qəzeti aralarında qadın və uşaqların da olduğu onlarla adamın Tehrandakı Nasirabad qəbiristanlığında yaşadıqlarını görüntüləyən reportaj yayıb.

Reportaj ölkədə ciddi rezonans yaradıb.

Olaya İran prezidenti də reaksiya verib. Xəbərin ardından ölkədəki yoxsulluqla bağlı ciddi tədbirlərə başlanıb, prokurorluq tərəfindən evsizlər düşərgələrə gətirilib.

Oskar mükafatlı İran rejissou Əsgər Fərhadi mövzuyla əlaqədar prezident Həsən Ruhaniyə məktub yazaraq ölkədəki yoxsulluqla bağlı tənqidi fikirlərini bildirib. Fərhadi “sarsıdıcı hadisə” kimi qiymətləndirdiyi xəbəri oxuduqdan sonra utanc duyduğunu ifadə edib: “Ölkədə 30 ildən artıq məsuliyyət sahibi olan və mənim durumumda olan kəslərin də eyni utancı duyması məqsədilə bu məktubu yazdım”.

Fərhadi məktubunda Ruhani və İranlı səlahiyyətlilərə “Yoxsulluğun şilləsi ilə üzləri qızarmış şərəfli insanların vəziyyətini görmək üçün xalqın içərisinə getməyi” təklif edib.

ISNA agentliyi prezident Ruhaninin Fərhadinin məktubuna cavab verdiyini bildirir: “Fərhadinin “ağrılı” məktubunu oxudum və kədərləndim. Bəzi insanların yoxsulluq səbəbiylə karton komalarda, körpü altlarında yaşadığını eşitmişik, ancaq qəbirlərdə yaşayanlardan xəbərim yox idi. Bu məsələni analiz edəndə utandım və qəhərdən boğazım qurudu”.

Digər tərəfdən islahatçı qanada mənsub "Hüquq" qəzeti xəbərin yayımlanmasından sonra evsizlərin qəbiristanlıqdan döyülərək çıxarıldığını iddia edib. Tehran valisi Hüseyn Haşimi isə iddiaların doğru olmadığını deyərək, qəbirlərdə yaşayanların narkotik aludəçiləri olduqlarını bildirib.A24.az

Manevr.az

İranda şok olay: Məzarlıqda dirilər yaşayır
İranda şok olay: Məzarlıqda dirilər yaşayır

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar