Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Koronavirusda son durum: 24 saatda 136 ölü, xəstəxananın baş həkimi də virusdan öldü

Tarix: 19-02-2020 10:44     Baxış: 3168 A- / A+
Koronavirusda son durum: 24 saatda 136 ölü, xəstəxananın baş həkimi də virusdan öldü


Çində meydana gələn və "Covid-19" adlandirilan yeni növ koronavirus nəticəsində ölənlərin sayı 2 mini keçib. Yoluxma sayı isə 74 mindən çoxdur. Virusun ortaya çıxdığı Vuhan şəhərindəki xəstəxananın baş həkimi də həyatını itirənlər arasındadır.

Manevr.az "cnn.com"a istinadən xəbər verir ki, Çində biri Honq-Konqda olmaqla həyatını itirənlərin sayı bu gün üçün 2005 olaraq açıqlanıb. Bunlardan 136 nəfəri son 24 saatda ölənlərdir ki, bu ölümlərin də 132-si virusun yarandığı Hubey əyalətində baş verib. Virusa yoluxan 74 min 185 nəfərdən 11 min 977-nin vəziyyəti ağırdır.
Vəziyyəti şübhəli olan xəstələrin sayı 5 min 248, nəzarət altında olanların sayı isə 135 min 881 olaraq qeyd edilibş. Müalicə nəticəsində sağalanların sayı isə 14 min 376-dır.

Digər tərəfdən, Çin dövlət televiziyası Vuhan xəstəxanasının baş həkimi Liu Siminqin də virusdan həyatını itirdiyini açıqlayıb. Çinli həkim virusla mübarizədə ən əhəmiyyətli işçilərdən biri idi.

Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibi Antonio Quterres virusla bağlı verdiyi açıqlamada bildirib ki, risk çox böyükdür və dünya olaraq buna hazır olmalıyıq.


Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar