Xəbər lenti
Putin oxşarı ilə bağlı suala cavab verdi
Artıq 10 ildən çoxdur Rusiya prezidenti Vladimir Putinin oxşarının olması barədə mediada mütəmadi olaraq məlumatlar çıxır. Bəziləri hətta oxşarın bir deyil, altı olduğunu söyləyirlər. “Sui-qəsd nəzəriyyələrini sevənlər”in fikrincə bu dublyorların hər birinin öz üstün cəhəti var: birinin nitq qabiliyyəti, digərinin fiziki göstəriciləri yaxşıdır...
Sonunda deyəsən bu şübhələrə son qoyulacaq. Belə ki, Vladimir Putin hakimiyyətdə qalmasının 20 illiyi münasibətilə TASS-ın 20 sualını cavablandırıb.
Sualları jurnalist Andrey Vandenko ünvanlayıb. Putin “Vladimir Zelenski ilə razılaşmaq olarmı”, “Dmitri Medvedevin baş nazirlikdən istefası barədə kimsə məlumatlı olubmu” kimi sualları cavablandırmaqla yanaşı, özünün oxşarları barədə şübhələrə də nöqtə qoyub. Müsahibə iki gündən sonra agentliyin “YouTube” kanalında yayımlanacaq.
Qeyd edək ki, Putinin oxşarı haqqında şayiələr 2012-ci ildən internetdə yayılmağa başlayıb. Keçən ilin may ayında jurnalist Aleksandr Sotnik Rusiya liderinin “artıq fiziki olaraq həyatda olmadığını” iddia edib və onun əvəzinə insanlara sonsuz sayda olan oxşarlarını göstərdiklərini deyib.
Dünya tarixinə baxdıqda görərik ki, nüfuzlu siyasətçilər bəzən özlərinə oxşayan insanlardan istifadə edirlər. “Sui-qəsd nəzəriyyələrini sevənlər”in arqumentlərindən biri də Putinin hər şeyə vaxt çatdırmasıdır: iclas keçirir, qanun imzalayır və xarici liderlərlə görüşür. Belə təəssürat yaranır ki, o, demək olar yatmır./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar