Xəbər lenti
Papaya sui-qəsd təşkil edən türk casus etiraf etdi

II İohan Pavelin həyatda qalması tale idi.
Manevr.az xəbər verir ki, bunu “Mirror” qəzetinə müsahibəsində II İohan Pavelə qarşı sui-qəsd təşkil edən türkiyəli Məhməd Əli Ağca deyib.
“Ölmədiyi üçün çox xoşbəxtəm. Papa mənim üçün qardaş kimi olmuşdu. 2005-ci ildə öləndə qardaşım, ya da ən yaxşı dostumun öldüyünü hiss etdim. Papanı necə vurduğumu hər gün olmasa da, tez-tez düşünürəm. Artıq yaxşı adamam. Həyatımı düzgün şəkildə yaşamağa çalışıram”, - deyə o bildirib.
Sui-qəsdlə bağlı danışan Ağca həmçinin insidentdən öncə ingilis sevgilisi olduğunu da etiraf edib. O həmçinin başına gələnlərlə bağlı film çəkilməsini də istəyib.
Qeyd edək ki, Ağca papaya qarşı 1981-ci ildə sui-qəsd təşkil etmişdi. Sui-qəsd zamanı papa yaralansa da, həyatını xilas etmək mümkün olmuşdu. Ağca isə uzun illər buna görə həbsxanada məhkum həyatı yaşamışdı.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































