Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Daha 4 qadın güləşçimiz mübarizəyə başladı

Tarix: 13-02-2020 10:03     Baxış: 3181 A- / A+
Daha 4 qadın güləşçimiz mübarizəyə başladı


İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Manevr.az- xəbər verir ki, yarışın 4-cü günündə Azərbaycanın daha 4 qadın güləşçisi mübarizəyə qoşulacaq. 53 kq çəki dərəcəsindəki Tatyana Varansova təsnifat mərhələsində Marina Rueda-Flores (İspaniya) ilə üz-üzə gələcək. Alyona Kolesnik (57 kq) 1/4 finalda Qreys Bullen (Norveç) qarşılaşacaq.

Tatyana Omelçenko (62 kq) 1/8 finalda Aurora Kampanya (İtaliya) ilə, Elis Manolova (65 kq) isə Petra Olli (Finlandiya) ilə güləşəcək.

Qeyd edək ki, digər qadın güləşçi Sabirə Əliyeva bu gün təsəlliveri görüşə qatılacaq. Türkan Nəsirova (50 kq), Elmira Qəmbərova (59 kq) və İrina Netreba (68 kq) uduzduqları və rəqibləri finala çıxmadıqları üçün mübarizəni dayandırıblar.

Azərbaycan yunan-Roma güləşçiləri isə Avropa çempionatını 2 qızıl, 4 bürünc medalla başa vurub. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar