Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Hitlerin qonşusu olmuş yəhudi qadın onu necə xatırlayır...

Tarix: 12-02-2020 22:20     Baxış: 3187 A- / A+
Hitlerin qonşusu olmuş yəhudi qadın onu necə xatırlayır...

Ötən əsrin 30-cu, 40-cı illərində Almaniyaya rəhbərlik etmiş Adolf Hitler tarixdə həm də yəhudilərə nifrəti ilə qalıb. Fürer bu xalqın milyonlarla üzvünün qətlinin səbəbkarı olub.

Manevr.az xəbər verir ki, Hitler hakimiyyətə gələnə qədər yəhudi ailənin qonşuluğunda yaşayıb. Onun qonşusu olmuş yəhudi qadın bu haqda danışıb.
Elis Frank-Stokun indi 101 yaşı var. O, siyasətçi ilə bir neçə il eyni binada yaşadığını bildirir.

Qadının dediyinə görə, Hitlerlə ötən əsrin 20-ci illərinin sonları, 30-cu illərinin əvvəllərində qonşu olublar. Frank-Stok 14-cü mənzildə yaşadıqlarını söyləyir. Hitler isə ya 13-cü, ya da 15-ci mənzildə qalırmış. Bir dəfə Adolfun evindən tabut çıxdığını görüb. Böyük ehtimalla, Frank-Stok Hitlerin bacısı qızı Angelika Raubalın intiharından sonrakı hadisəni nəzərdə tutur.

Elis Adolfu çox az hallarda görürmüş. Almaniyanın gələcək lideri evə xüsusi avtomobildə, iki nəfərin müşayiəti ilə gəlirmiş. Həmişə ehtiyatlı davranırmış, sanki həyatına təhlükə hiss edirmiş. Qadının fikrincə, Hitler öldürülməkdən qorxurmuş.

Hitler hakimiyyətə gəldiyi ərəfədə Frank-Stok da İsveçrəyə oxumağa gedib. Sonra təhsili Londondakı kolleclərdən birində davam etdirmək lazım gəlib. Elis bir daha fürerlə üz-üzə gəlməyib.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar