Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Çindən Azərbaycana gələn 12 nəfər xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır – RƏSMİ

Tarix: 11-02-2020 10:00     Baxış: 3284 A- / A+
Çindən Azərbaycana gələn 12 nəfər xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır – RƏSMİ


Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

Manevr.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Kliniki Tibbi Mərkəzin məlumatına əsasən, fevralın 11-i üçün yoluxucu xəstəliklər şöbəsində 1 nəfər qalıb.

Xəstəxanada qalan Azərbaycan vətəndaşıdır səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir: “Bir daha qeyd edirik ki, bu adam Çinin koronavirus qeydə alınmayan şəhərində olub. Onun xəstə şəxslərlə kontaktı olmayıb.

Xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Çinin Uhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti fevralın 12-si bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir. Sabah həmin şəxslərin evə buraxılacağı gözlənilir. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevralın 14-ü bitir, onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar