Xəbər lenti
Prezident kütləvi davaya görə onları işdən çıxartdı

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev kütləvi davanın baş verdiyi Jambıl vilayətinin Korday rayonunun rəhbərini vəzifəsindən azad edib.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Qazaxıstan Prezidentinin mətbuat xidməti yayıb. Rayon rəhbəri ilə bərabər vilayətin rəhbərinin sosial məsələlər üzrə müavini Sluşaş Kurmanbekov, vilayət polisinin rəhbəri Arman Orazaliyev, Korday polisinin rəhbəri Əzəmət Ayximbekov da vəzifədən azad edilib.
***
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev kütləvi davanın baş verdiyi Jambıl vilayətinin administrasiyasının rəhbəri Əsgər Mirzəhmədovu işdən azad edib.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Kordayda bundan öncə milli zəmində kütləvi dava baş verib. Nəticədə 10 nəfər ölüb, 50 nəfər yaralanıb, onlarla ev, maşın və ticarət obyekti dağıdılaraq, yandırılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər


