Xəbər lenti
Ərdoğan erməni deputatın evinə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan erməni əsilli millət vəkili Markar Yesayanı evində ziyarət edib.
Manevr.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə hakim Ədalət və İnkişaf partiyasından deputat seçilmiş Yesayan özünün Twitter bloqunda yazıb.
Sağlamlığı ilə əlaqədar olaraq erməni siyasətçi uzun müddətdir işə getmir, buna görə də Ərdoğan ona baş çəkməyə gəlib.
Yesayan Türkiyə Prezidentinə təşəkkür edib: "Hörmətli Prezident, gəldiyiniz üçün təşəkkür edirəm. Böyük şərəf verdiniz".
2019-cu ilin oktyabrından müalicə kursu keçən Yesayan parlamentə seçilməmişdən əvvəl uzun illər jurnalist kimi çalışıb. Xüsusilə 1997-2008-ci illərdə İstanbulda nəşr olunan ermənidilli “Akos” qəzeti üçün məqalələr yazıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar