Xəbər lenti
Bu dəfə Çin deyil: vəhşi heyvanlar diri-diri qaynadılır - Görülməmiş vəhşilik - ŞƏKİLLƏR

Çinin Uhan şəhərində yeni növ koronavirusun mənbəyi kimi göstərilən Huanan Dəniz Məhsulları Bazarı bağlandıqdan sonra, bu dəfə İndoneziyada olan və dünyanın ən qorxunc bazarı hesab edilən Tomohon bazarı dünya gündəminə düşüb.
Manevr.az xəbər verir ki, sözügedən bazara daha çox çinlilər üz tutur. Uhan bazarında olduğu kimi burada da yarasa, ilan, it, meymun və digər heyvanlar satılır. Bazarı qorxunc edən isə qəfəslərdə saxlanılan heyvanların satışdan öncə diri-diri qaynadılmasıdır. Satıcıların turistləri qorxutmaq və diqqət çəkmək üçün heyvanlara işgəncə verdikləri bildirilir. Hətta bəzi nəsli kəsilməkdə olan meymun növlərinin İndoneziya qanunlarına görə öldürülməsi qadağan olsa da, bazarda satılır.
Koronavirus səbəbindən bazar çinli müştərilər üçün bağlı olduğundan, turist sayından ciddi azalma müşahidə edilir.
Mütəxəssislər Tomoho bazarının və digər vəhşi heyvan bazarlarının potensial koronavirus yerləri olduğunu bildirirlər. Heyvan haqlarını müdafiə edənlər isə bu tip bazarların bağlanmasını tələb edirlər.
Vəhşi heyvanlarda müasir tibb tərəfindən hələ də müəyyənləşdirilməyən 1,7 milyon virus növü olduğu bildirilir. Tarix boyu çox sayda yoluxucu xəstəliyin Asiya və xüsusilə də Çində ortaya çıxması bu səbəbdən təsadüfi deyil. /qaynarinfo
Manevr.az












Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar