Xəbər lenti
İtlər sahibəsini xərçəngdən xilas etdi
65 yaşlı Linda Mankli 2 alman "ovçarka"sı saxlayır. Ötən ilin sentyabrında qadın itlərin özünü qəribə apardığını görür. Belə ki, istər gəzintidə, istər evdə köpəklər tez-tez qadının süd vəzisini qoxlayır və bərk-bərk sinəsinə qısılırdılar.
"Onlar əvvəllər buna bənzər hərəkət etməmişdilər. Nə qədər çəkindirsəm də, başqa vərdişlər öyrətsəm də itlərim bundan əl çəkmədi. Bu məni şübhələndirdi. Düzü əvvəlcə elə düşündüm ki, ürəyimdə nəsə var" - deyə qadın bölüşür.
Manevr.az medicina.az-a istinadən bildirir ki, qadın müayinədən keçir və ondan süd vəzinin aqressiv forma xərçəngi aşkarlanır.
Qadın kimyaterapiya müalicəsinə başlayır və bu müddətdə itləri özlərini narahat aparır, yenə sinəsinə qısılırdılar.
"Elə ki, sonuncu kimya bitdi və 1 həftə sonra həkim xərçəngə qalib gəldiyimi bildirdi, itlər məni qoxlamağı buraxdılar. Onda əmin oldum ki, daha məndən xəstəlik qoxusu gəlmir".
Valliyka hesab edir ki, itləri onu ölümdən qurtarıb və əgər geciksəydi, şiş irəliləyəcəkdi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar