Xəbər lenti
Ölümcül virusdan xilas olan qadın: "İlk yoluxan mən olmuşam"
Çində yayılan ölümcül koronavirus infeksiyasından sağalan şəxs var.
Manevr.az medicina.az-a istinadən xəbər verir ki, virusdan canını qurtaran 44 yaşlı şəxs xəstəliyi barədə danışıb. O, bildirib ki, bir neçə ilk öncə Uxan bölgəsinə köçüb. Tətili isə Çinin başqa əyalətin Çunçinə keçirib. Bir müddət əvvəl onun vəziyyəti dəyişilib. Buna görə də həyat yoldaşı onu xəstəxanaya çatdırıb. Müayinə olunan qadının koronovirusa yaxalandığı aşkarlanıb.
Qadının sözlərinə görə, bu ərazidə ilk virusa yoluxan o olub. Virus aşkarlandıqdan sonra həkimlər onu virus əleyhinə müalicə ediblər və bu zaman ənənəvi Çin tibb üsulundan istifadə edilib. Daha sonra səhhətində müsbət irəliləyişlər müşahidə edilib və xəstəxanadan çıxarılaraq evə göndərilib.
O, tibbi maskadan istifadə etməyi, tez-tez əlləri yumağı, hərarətin qalxması, öskürək və digər simptomlar baş verdiyi zaman həkimə müraciət etməyi gecikdirməməyi tövsiyə edib:
"Təcrid edilmək sizi narahat etməsin, əhval-ruhiyyəni yüksək tutmaq, həkimə qulaq asmaq və inanmaq lazımdır. Bu zaman mütləq sağalacaqsınız. Qorxmaq lazım deyil"- deyə o bildirib.
Qeyd edək ki, koronavirusdan 259 nəfər həyatını itirib, 11700-dən çox insan isə bu virusa yoluxub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar