Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağda erməni əsgərin ölümü ilə bağlı sabiq deputatın oğlu saxlanıldı

Tarix: 02-02-2020 15:52     Baxış: 3216 A- / A+
Qarabağda erməni əsgərin ölümü ilə bağlı sabiq deputatın oğlu saxlanıldı

Azərbaycanın işğal olunmuş ərazisində yerləşən ermənilərin hərbi hissələrindən birində ölən əsgər Vaqram Avakyanın əsgər yoldaşları saxlanılıb.

Bu barədə Ermənistan İstintaq Komitəsinin sözçüsü Naira Harutyunyan bazar ertəsi öz “Facebook” səhifəsində bildirib. Onun sözlərinə görə, saxlanılanlar David Movsisyan, Xaçik Qasparyan və Spartak Avetisyandır.

“Sputnik Ermənistan”ın məlumatına görə, saxlanılanlardan biri Ermənistan parlamentinin keçmiş deputatı Arakel Movsisyanın oğludur.

Fevralın 2-də səhər saatlarında Qarabağda ölən əsgər Vaqram Avakyanın qohumları əllərində oğullarının tabutu Yerevana qədər gediblər. Onlar intintaqın oğullarının intihar etməsi versiyası ilə razılaşmırlar. Ermənistanın müdafiə naziri David Tonoyan onlarla görüşüb və işin obyektiv araşdırılacağına söz verib. Danışıqlardan sonra etirazçılar Vaqramı dəfn etmək üçün kəndə qayıtmaq qərarına gəliblər.

Qeyd edək ki, yanvarın 30-da Qarabağda işğalçı ordunun hərbi hissələrindən birində 2000-ci il təvəllüdlü əsgər Vaqram Avakyan ölümcül yaralanmışdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar