Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

19-cu əsrdə doğulmuş qadın vəfat etdi: kitab oxumur, siyasətlə maraqlanmırmış - Şəkil

Tarix: 29-01-2020 22:24     Baxış: 4197 A- / A+
19-cu əsrdə doğulmuş qadın vəfat etdi: kitab oxumur, siyasətlə maraqlanmırmış - Şəkil

Tacikistanda dünyanın ən yaşlı qadını sayılan Fatimə Mirzəqulova həyatla vidalaşıb. O, 127 yaşında vəfat edib.

Manevr.az xəbər verir ki, Tacikistan pasportunda qadının 1893-cü il martın 13-də doğulduğu yazılıb. Onun 19-cu əsrdə dünyaya gəlməsini təsdiqləyən başqa sənəd yoxdur. Asiya dövlətində saxtakarlığa yol verilmirsə, deməli, planet özünün ən yaşlı qadın sakinini itirib.
19-cu əsrdə doğulmuş qadın vəfat etdi: kitab oxumur, siyasətlə maraqlanmırmış - Şəkil

“Daily Mail” yazır ki, qadın əmək fəaliyyətinin çox hissəsini kolxozda keçirib, pambıq yığıb. Fatimə Mirzəqulova hətta pensiyaya çıxandan sonra da işləyirmiş.

Tacik qadının 8 övladı, 200-dən çox nəvəsi, nəticəsi, kötücəsi varmış. Mirzəqulovanı Tacikistanın şimalındakı Dahan şəhərində dəfn ediblər.

Dünyanın ən yaşlı qadını “The Open Asia”ya iki il əvvəl verdiyi müsahibədə ilk həyat yoldaşını İkinci Dünya Müharibəsində itirdiyini bildirmişdi. Fatimə Mirzəqulova 1951-ci ildə yenidən ailə həyatı qurub. Özündən 14 yaş böyük kişi ilə evlənib. Qadın səkkizinci övladını 66 yaşı olanda dünyaya gətirib.

Fatimə Mirzəqulovanın qızlarından biri deyib ki, anası kitab oxumur, siyasətlə maraqlanmırmış. Əsəbləri çox möhkəmmiş.

İndi dünyanın ən yaşlı qadını Kane Tanaka sayılır. Yapon qadın 1903-cü il yanvarın 2-də doğulub.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar