Xəbər lenti
LGBT üzvü olan qız Bakıdakı “zəncirli günlərindən” danışıb
Rusiyanın Krasnoyarsk şəhərindən olan və cinsi orientasiyasına görə anası tərəfindən aldadılaraq Azərbaycana gətirilən Sevgiyə Sübhani İsmayılova Bakıda “üç gün it kimi zəncirdə gəzdirildiyini” bildirib.
Bu barədə qız “Takiye dela” informasiya portalına danışıb.
Sevgiyənin sözlərinə görə, “öz hüquqları” uğrunda mübarizə apardığı üçün zorakılığa məruz qalıb:
“Məni durmadan şillələyirdilər. Anam bir dəfə qəzəblənib ayaqqabı dabankeşi ilə vurub. Əlimi-ayağımı kəndirlə bağlamışdılar. Mən üç gün it kimi zəncirdə gəzmişəm. Elə zəncirli halda da yatırdım”, - deyə qız xatırlayıb.
Sevgiyə anasını “qara siyahı”ya saldığını və daha onunla ünsiyyət qurmadığını bildirib. O, bütün diqqətini dərslərinə vermək istədiyini vurğulayıb.
Sevgiyənin anası öz növbəsində nəşrə bildirib ki, qızı Azərbaycana könüllü şəkildə gedib.
“Əlbəttə, lesbiyan olmaq, xüsusən də gey olmaq Qafqazda ağırdır. Bəzi regionlarda iş qətlə qədər uzanır və bu ağır vəziyyətdir... Biz mübarizə aparmalıyıq, qorxmamalıyıq”, - deyə Sevgiyə fikirlərini bölüşüb.
Milliyyətcə azərbaycanlı olan S.İsmayılova Rusiyanın Norilsk şəhərində dünyaya gəlib, ancaq Krasnoyarsk şəhərində yaşayıb. O, Krasnoyarsk Dövlət Tibbi Universitetində oxuyur. Ana ilə münaqişə qızın öz cinsi orientasiyasını elan etməsindən və sevgilisi barədə etiraflardan sonra başlayıb. Bundan sonra ana qızını aldadaraq Bakıya gətirib, sənədlərini və telefonunu əlindən alıb, onu zorla evdə saxlayıb.
Bu barədə ictimaiyyətə məlumat yayılandan və hüquq mahfizə orqanlarının, həmçinin səlahiyyətli şəxslərin işə qarışmasından sonra Sevgiyə Sübhani İsmayılova vətəndaşı olduğu ölkəsinə yola salınıb.oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar