Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Özünüzü koronovirusdan qoruyun – RƏSMİ TÖVSİYƏLƏR

Tarix: 29-01-2020 14:54     Baxış: 3209 A- / A+
Özünüzü koronovirusdan qoruyun – RƏSMİ TÖVSİYƏLƏR


Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun.

Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusla bağlı əhaliyə tövsiyyələrini çatdırır. Manevr.az AYNA-ya istinadən həmin tövsiyələri təqdim edir:

Özünüzü və başqalarını xəstəlikdən qoruyun

• əllərinizi yuyun

• öskürdükdən və asqırdıqdan sonra

• xəstələrə qulluq edərkən

• yemək hazırlayərkən, əvvəl və sonra

• yeməkdən əvvəl

• tualet istifadəsindən sonra

• əllər vizual olaraq çirkli göründükdə

• heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra ƏLLƏRİNİZİ YUYUN.

Əllərinizi yuyun

• Əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun

• Əlləriniz çirkli deyilsə, onları sabun və su ilə yuyun və ya spirt tərkibli təmizləyici (dezinfectant) istifadə edin.

Başqalarını xəstələnmədən qoruyun

• Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün

• İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın

• Xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun.

Özünüzü xəstələnməkdən qoruyun

Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin.

Qida təhlükəsizliyini tətbiq edin

Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin. Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun. Qida təhlükəsizliyini tətbiq edin. Xəstə və ölü heyvanlar yeyilməməlidir.

Qida təhlükəsizliyini tətbiq edin. Alovlanma baş verən bölgələrdə belə, ət məhsulları əsaslı/tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər.

Heyvan bazarlarında alış-veriş?

Sağlam qalın. Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun. Gözlərə, burun və ya ağzınıza toxunmayın. Xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin. Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin.

Heyvan bazarlarında iş?

Sağlam qal! Heyvanlara və heyvan məhsullarına toxunduqdan dərhal sonra tez-tez əllərinizi sabun və su ilə yuyun. Avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin.

Heyvan bazarlarında iş?

Sağlam qalın! Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin. İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın. Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin.

Koronavirus infeksiyası riskini azaldın:

Əllərinizi sabun və su ilə yuyun, spirt tərkibli təmizləyici ilə yuyun. Öskürərkən/asqırarkən ağız və burnunuzu dəsmal, və ya dirsək bükümünüzlə bağlayın. Ət məhsullarını və yumurtanı tam bişirin. Canlı vəhşi və ferma heyvanlarla birbaşa təmasdan çəkinin./ayna.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar