Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Əfqanıstanda polis məntəqısinə hücum - 13 polis işçisi öldürülüb

Tarix: 29-01-2020 06:28     Baxış: 3169 A- / A+
Əfqanıstanda polis məntəqısinə hücum - 13 polis işçisi öldürülüb

Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, Talibanın ölkənin şimalında həyata keçirdiyi hücum zamanı azı 13 polis işçisi öldürülüb. Hücum üsyançı qrupun Birləşmiş Ştatlarla sülh prosesini inkişaf etdirmək üçün hərbi əməliyyatların mümkün qədər azaldılması mövzusunda danışıqlar apardığı vaxta təsadüf edib.

Çərşənbə axşamı adının gizli qalmasını istəyən yerli bir rəsmi Amerikanın Səsinə üsyançıların Bağlan əyalətinin paytaxtı Pul-e-Xumridəki bir polis məntəqəsinə hücum etdiyini və məntəqəni ələ keçirdiyini deyib.

Əyalət polisinin sözçüsü Cavid Əhməd Bəşərat Amerikanın Səsinə hücum zamanı məntəqə komandirinin öldüyünü təsdiq edib və qarşıdurma zamanı hər iki tərəfin ağır itki verdiyini bildirib. Lakin o, polis işçiləri arasında neçə nəfərin öldüyü barədə məlumat verməyib.

Taliban sözçüsü Zəbihulla Müvcahid mediaya göndərilən şərhində hücum zasmanı 17 polis işçisinin öldürdüyünü və birinin isə ələ keçirdiyini deyib. Belə ki, üsyançı qrup tez-tez şişirdilmiş rəqəmlər göstərir.

Əfqanıstan təhlükəsizlik qüvvələri son bir neçə gün ərzində bir neçə əyalətdə keçirilən əməliyyatlar zamanı onlarla Taliban döyüşçüsünün öldürüldüyünü iddia edib, baxmayaraq ki, belə iddiaların doğruluğunu müstəqil mənbələrdən müəyyən etmək çətindir. amerikaninsesi

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar