Xəbər lenti
Ukrayna radiosunda Ermənistanın işğalçılıq siyasəti pislənilib
Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması regionda iqtisadi inkişafa əngəl olur.
Manevr.az trend-ə istinadən xəbər verir ki, bu fikri Ukraynanın 106.1 FM radiosuna müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev söyləyib.
Səfir vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ədalətli həll edilsə, regionda iqtisadi göstəricilər mövcud vəziyyətdən 2-3 dəfə yaxşı olar.
20 Yanvar faciəsinə toxunan səfir ötən əsrin 90-cı illərinin sonunda Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin, Dağlıq Qarabağ bölgəsində separatçı siyasətinin Azərbaycan xalqının kütləvi etirazlarına səbəb olduğunu qeyd edib.
"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu dinc sakinlərə qarşı amansız cinayət törədib. Əslində bu, Mixail Qorbaçovun başçılıq etdiyi səriştəsiz sovet rəhbərliyinin Azərbaycan xalqının iradəsini qırmağa qərar verən xain bir hərəkəti idi. Bununla Azərbaycan xalqının azadlıq və ədalət əzmini sındırmaq istəyirdilər. Lakin əksinə, bu hadisə SSRİ-nin süqutunu tezləşdirdi", - deyə səfir bildirib.
A.Xudiyev müsahibəsində, həmçinin Azərbaycanın iş adamlarının Ukraynaya investisiya yatırımından da söhbət açıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar