Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

Erməni generalın Fransaya müalicəyə getməsinə icazə verilmədi

Tarix: 21-01-2020 23:15     Baxış: 3179 A- / A+
Erməni generalın Fransaya müalicəyə getməsinə icazə verilmədi

Yerevan məhkəməsi həbsdə olan erməni general, sabiq deputat Manvel Qriqoryanın müalicə üçün Fransaya getməsinə icazə verməyib.

Manevr.az virtualaz.org-a istinadən bildirir ki, bu gün Qriqoryanın vəkilləri məhkəməyə ərizə ilə müraciət edərək, onun xaricdə müalicə almasına razılıq verilməsini istəyiblər. Ərizədə vurğulanıb ki, yaxınları Qriqoryanı Fransaya, əvvəl müalicə aldığı klinikaya aparmaq istəyirlər.

Prokuror Vahe Dolmazyan buna qarşı çıxıb.

Hakim Mnatsakan Martirosyan isə müdafiə tərəfinin xarici klinikada müalicə almağa ehtiyac olduğunu sübut edən sənəd hazırlamadığını söyləyərək tələbi rədd edib.

Qriqoryan özü prosesdə iştirak etməyib. O, "Nairi" tibb mərkəzinin reanimasiya şöbəsində qalmaqda davam edir.

Xatırladaq ki, Qriqoryan 1,5 ildir istintaq altındadır. Bu müddət ərzində yalnız 20 günlük azadlığa buraxılıb. Keçmiş deputatın vəkilləri dəfələrlə girov müqabilində sərbəst buraxılması üçün vəsatət qaldırıblar, lakin məhkəmə həmin vəsatətləri qəbul etməyib.

Qriqoryanın onkoloji və şəkər xəstəliyi daxil olmaqla, bir çox problemlərdən əziyyət çəkdiyi bildirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar