Xəbər lenti
Daha bir ölkə plastikdən imtina edir
Çin plastik torbalara və borulara qadağa qoyacaq. Okeanlardakı bütün zibillərin dörddə biri bu ölkənin payına düşür.
Bu barədə “Meduza” xəbər yayıb.
Bildirilir ki, ÇXR hökuməti plastikin istehsalı, satışı və istifadəsi üçün yeni proqram qəbul edib.
Ölkənin əyalət paytaxtlarında və digər böyük şəhərlərdə 2020-ci ilin sonunadək, qalan şəhər və qəsəbələrdə isə 2022-ci ildə birdəfəlik plastik torbalardan imtina ediləcək.
Çinin müxtəlif ərazilərində plastiklərin növündən asılı olaraq, qadağalar fərqli zamanlarda qüvvəyə minəcək. Məsələn, 2020-ci ilin sonuna qədər plastik çöplər bütün ölkə boyu, restoranlarda plastik qablar isə ancaq iri şəhərlərdə qadağan ediləcək.
Birdəfəlik paketlər böyük şəhərlərin əksər mağazalarında 2020-ci ilin sonunadək qadağan olunacaq, kiçik şəhərlərdə hələ 2022-ci ilədək, bəzilərində isə hətta 2025-ci ilə qədər istifadə ediləcək. Ayrıca, 2025-ci ilin sonunadək hotellər birdəfəlik plastikdən, poçtlar isə plastik qablaşdırma bağlamalarından imtina etməli olacaqlar.
2015-ci ildə “Science” jurnalı tərəfindən aparılan araşdırma dünya okeanlarındakı bütün plastik tullantıların 28 faizinin Çinin payına düşdüyü ehtimalını irəli sürmüşdü.
Dünyada hər il təxminən səkkiz milyon ton plastik okeana atılır./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar