Xəbər lenti
Prezident göstəriş verdi: Mitinq yerləri müəyyənləşdirildi – Təsdiq

Qazaxıstanın Almatı şəhər məclisinin deputatları dinc mitinqlərin keçiriləcəyi yerləri təsdiqləyiblər.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Kazinform” xəbər yayıb.
Almatı şəhər məclisinin deputatı Rəhman Alşanov bildirib ki, ölkə prezident Qasım-Jomart Tokayevin sərəncamıına görə, hər böyük şəhərdə mitinqlər üçün iki yer ayrılmalıdır: “Əvvəlki yerimiz “Sarı-Arka” kinoteatrının arxasındakı meydan idi, amma o zaman bu yer müvəqqəti seçilmişdi, indi isə qanuniləşdirildi. İkinci yerdə isə Mohandas Qandi adına park oldu”.
O əlavə edib ki, yeni qanun layihəsində dinc toplantıların keçirilməsi üçün bildiriş göndərilməsi nəzərdə tutulub: “Bildiriş veriləcək, ancaq yerli hakimiyyətlə razılaşdırılacaq. Çünki qadağan olunmuş yerlər – xəstəxanalar, məktəblər, hərbi hissələr var. Təşkilatçılar bildiriş təqdim edirlər, meriya baxır və razılıq verir”.
Xatırladaq ki, bir müddət əvvəl Milli Etimad Şurasının iclasında Qazaxıstan Prezidenti ictimai şüura mitinq mədəniyyəti aşılamağın vaxtının gəldiyini vurğulamışdı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar