Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Etirazçılar Prezidentin olduğu teatra soxulmağa çalışıblar

Tarix: 18-01-2020 06:49     Baxış: 4162 A- / A+
Etirazçılar Prezidentin olduğu teatra soxulmağa çalışıblar

Fransa prezidenti Emmanuel Makron etirazçıların böyük qrupunun Parisin şimalındakı “Buf-dyu-Nor” teatrına soxulmağa çalışdığından sonra polisin müşayiəti ilə teatr binasını tərk edib.

Manevr.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti şahidlərə istinad edərək bildirib.

"Mən respublika prezidentinin arxasndakı üçüncü sıradayam. Nümayişçilər harada isə yaxınlıqdadır", - deyə nəşr “Twitter”də özünün videogörüntüsünü paylaşmış internet istifadəçisinin sözlərini sitat gətirib. Videogörüntüdə Makron da yer alıb.

Bundan sonra başqa bloqer bildirib ki, Fransa paytaxtının X dairəsində yerləşən teatr binasının qarşısında təxminən 100-200 nəfər toplaşıb. Əraziyə operativ olaraq xüsusi təyinatlı polis dəstəsi CRS əməkdaşlarının böyük qrupu gəlib.

Qəzetin məlumatına görə, nümayiş iştirakçıları teatra soxulmağa çalışıblar, ancaq polis onları sıxışdıraraq binadan çıxarıb. Bundan sonra polislər prezidentin yola düşməsi üçün canlı dəhliz yaradıblar.

“Twitter” istifadəçilərindən biri prezidentin uzaqlaşan avtomobilinin yer aldığı videogörüntü yayıb. Qeyd edilir ki, vəziyyət bu halda gərgin olub, amma toqquşmalara gətirib çıxarmayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar