Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

İspaniyada milyarder həbs olundu

Tarix: 17-01-2020 08:49     Baxış: 4525 A- / A+
İspaniyada milyarder həbs olundu


Madrid məhkəməsi 83 yaşlı bankir Xayme Botini, Pablo Pikassonun "Gənc qadının başını" rəsm əsərini İspaniyadan çıxarmaq istədiyi üçün 52.4 milyon avro cərimə və 18 ay həbs cəzasına məhkum etdi.

Manevr.az trend-ə istinadən bildirir ki, iki ilə qədər həbs cəzası İspaniyada qayda olaraq şərti kəsilir. Qərarda deyilir ki, bankir cərimə ödəməsə, iki ay həbs cəzası alacaq. Rəsm dövlət mülkiyyəti kimi tanınıb. Vəkillər qərardan şikayət etmək niyyətindədirlər.

Prokurorluq Botinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini və 100 milyon avro cərimə ödəməsini tələb edirdi.

Rəsm əsəri Botinin şəxsi mülkü olsada, İspaniyanın milli tarixi irsi siyahısına daxil edilib və dəyəri 26,2 milyon avrodur. Botin onu hərracda satmaq niyyətində idi. Ancaq "Christie's House" (Hərrac evi), İspaniya Mədəniyyət Nazirliyindən satışa icazə verən sənədləri istəyib. Mədəniyyət Nazirliyi icazə verməkdən imtina edib və rəsmin ölkə xaricinə ixraca müvəqqəti qadağa tətbiq edib. Buna baxmayaraq, Botin əsəri şəxsi yaxtasında Fransız Korsikasına gətirib və fransız gömrükçüləri tərəfindən saxlanılıb.

Sənət əsəri hal hazırda Madridin Kraliça Sofiya Muzeyində saxlanılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar