Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Səfir: ”Böyük dövlətlər Cənubi Qafqaz ölkələrinin maraqlarını nəzərə almalıdır” - ŞƏKİLLƏR

Tarix: 17-01-2020 06:27     Baxış: 2431 A- / A+
Səfir: ”Böyük dövlətlər Cənubi Qafqaz ölkələrinin maraqlarını nəzərə almalıdır”

“Coğrafi olaraq Cənubi Qafqaz böyük dövlətlərin hər zaman marağında olan bölgədə yerləşir. Amma böyük dövlətlər də bu maraqlar uğrunda yarışanda bölgədəki ölkələrin maraqlarını da unutmamalıdırlar”.

Bu fikirləri Ankarada Strateji Düşüncə İnstitutunda “Cənubi Qafqaz bölgəsindəki əməkdaşlıqların imkanları və çətinlikləri” mövzusunda keçirilən tədbir zamanı Azərbaycanın Türkiydəki səfiri Xəzər İbrahim bildirib.

Səfir deyib ki, Cənubi Qafqaz ölkələrinin dünyaya açılması üçün enerji, nəqliyyat və siyasi layihələrdə Azərbaycan və Gürcüstan imkanlar yaratsa da, Ermənistan əksinə, özünü təcrid etməklə, Azərbaycan torpqlarını işğala məruz qoymaqla, Gürcüstana, Türkiyəyə qarşı iddiaları ilə bölgədə problemlər yaradır.

Xəzər İbrahim bildirib ki, virtual dünyada sərhədlər zəiflədikcə Güney Qafqazda da beynəlxalq cinayətkarlıqların, dini sektalar adı altında terror hadisələrinin, narkobiznesin inkişafına şərait yaranır ki, bu da çətinliklərə yol acır.

Virtual dünyanın inkişafının müsbət tərəflərini xarakterizə edən səfir qeyd edib ki, bölgənin dünyaya inteqrasiya imkanları genişlənir: “Məsələn, Çin tərəfdən irəli sürülmüş “Bir nəsil - Bir yol” layihəsi, hansı ki, bu layihə Asiya ilə Avropanı birləşdirəcək - bu layihəyə daxil olan ölkələrin sərhədlərindən az rüsum ödəməklə, asanlaşdırılmış şərtlərlə keçmək mümkündür. Avropa Birliyindən də buna bənzər bir layihə iərli sürülüb ki, hazırda Vyanada bununla bağlı araşdırma aparılır. Londondan Bakıya qədər alternativ yol salınacaq. Bütün bunlar bizim üçün geniş imkanlar açır”.

Qeyd edək ki, tədbirdə Strateji Düşüncə İnstitununun rəhbəri Məhəmməd Savaş Qafqazlı, TANAP-ın baş direktoru Saltuk Düzyol, Ortadoğu Texnik Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri professor Oqtay Tanrısevər, Norveçin tanınmış “Equinor” enerji şirkətinin Türkiyə bölməsi üzrə rəhbərinin müavini Cenk Pala mövzu ilə bağlı məruzələrlə çıxışlar ediblər.

Tədbirin aparıcısı Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç olub. apa

Manevr.az

Səfir: ”Böyük dövlətlər Cənubi Qafqaz ölkələrinin maraqlarını nəzərə almalıdır”
Səfir: ”Böyük dövlətlər Cənubi Qafqaz ölkələrinin maraqlarını nəzərə almalıdır”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar