Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

ABŞ-da iki iranlı casusluğa görə həbs edildi

Tarix: 17-01-2020 05:44     Baxış: 3519 A- / A+
ABŞ-da iki iranlı casusluğa görə həbs edildi

ABŞ-da iki iranlı casusluq fəaliyyətinə görə azadlıqdan məhrum edilib.

Manevr.az xarici agentliklərə isitnadən xəbər verir ki, bu barədə “ABC News” kanalı məlumat yayıb.

Həmin adamlar İran İslam Respublikası hökuməti üçün kəşfiyyat işi aparmaqda suçlanırlar.

Əhmədrza Məhəmmədi-Dustdar və Məcid Qurbani adlı ikili vətəndaşlığa sahib bu şəxslər müvafiq olaraq 38 və 30 ay həbsxanada cəza çəkəcəklər.

İttiham aktında onların ABŞ-da yaşayan İran əsilli vətəndaşların, habelə rəsmi Tehrana qarşı müxalifət olan “İran xalqının mücahidləri” təşkilatının (Mocahedin-e Halk) fəaliyyətini izlədikləri qeyd olunub. Adıçəkilən təşkilat İrandakı İslamçı rejimi devirməyi qarşıya məqsəd qoyub.

Bundan başqa, məhkəmə sənədlərində təqsirləndirilən şəxslərin İran kəşfiyyat xidmətinə ötürdüyü məlumat sayəsində onların ailələrinin zərər görəcəyi və ya rejim tərəfindən təqiblərə məruz qala biləcəyi qeyd olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar