Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ prezidentliyinə demokrat namizədlər debat keçirib - ŞƏKİLLƏR

Tarix: 16-01-2020 05:23     Baxış: 3207 A- / A+
ABŞ prezidentliyinə demokrat namizədlər debat keçirib

ABŞ-ın Demokrat Partiyasının prezidentliyə potensial namizədləri çərşənbə axşamı günü Ayova ştatında debat keçirib. 3 həftə sonra - fevralın 3-də bu ştat partiyanın rəsmi namizədinin müəyyən edilməsinə yol açacaq praymerilər və kokuslara start verəcək.

Budəfəki debatın diqqət mərkəzində İran da yer alıb.

Co Bayden, Berni Sanders, Elizabet Uorren, Pit Buticec, Emi Klobuçar və Tom Steyerin iştirakı ilə keçirilən diskussiyalar İranla bağlı gərginliklərdən əlavə, prezident Trampın Senatda impiçmenti üzərində mərkəzləşib.
ABŞ prezidentliyinə demokrat namizədlər debat keçirib

Debatın əvvəlində proqressiv senator Berni Sanders özünü sabiq vitse-prezident Co Baydenlə müqayisə edib. O, 2002-ci ildə İraqa qarşı hərbi əməliyyatların kəskin etirazçısı olduğunu yada salıb. Sanders İraq əməliyyatlarını ABŞ tarixində “xarici siyasətin ən kobud səhvi” adlanıdırıb.

Bayden İran əməliyyatlarını dəstəklədiyini etiraf etsə də, Barak Obamanın hakimiyyəti dövründə ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunu azaltmaq səylərini də diqqətə çatdırıb.

Rəy sorğularına görə, namizədlər arasında öndə gedən Bayden səsvermədə ilk iştirak edən Ayova, Nyu Hempşir kimi bir sıra ştatda kəskin müqavimətlə üzləşib. Xüsusilə də Sandersin Vermont ştatında.

kəskin müqavimətlə üzləşib. Xüsusilə də Sandersin Vermont ştatında.

Rəy sorğularına görə, Sanders Ayovada öndə gedir.

Sanderslə gərginliklər Massaçussets senatoru Elizabet Uorren arasında da dərinləşməkdədir.

Rəy sorğularına görə, mövqeyi bir qədər zəifləyən Uorren hələ də Ayova və Nyu Nempşirdə bir namizəd kimi qüvvəsini saxlamaqdadır.
ABŞ prezidentliyinə demokrat namizədlər debat keçirib

Daha bir güclü namizəd İndiana ştatının Sayt-Bend şəhərinin meri Pit Buticecdir. O, televiziya reklam kampaniyasından sonra mart ayında praymerilərdə iştirak etməlidir.

Ayova yarışlarının nə ilə bitəcəyi bəlli olmasa da, kampaniyaların templəri sürət toplamalıdır. Hər şey Ayova və Nyu Hempşir seçicilərinin namizədlər haqda ilk rəylərini bildirməsindən asılı olacaq. amerikaninsesi.org


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar