Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Misir polisi "Anadolu" agentliyinin Qahirədəki ofisində reyd keçirib, saxlanılanlar var - ŞƏKİL

Tarix: 16-01-2020 05:14     Baxış: 3199 A- / A+
Misir polisi "Anadolu" agentliyinin Qahirədəki ofisində reyd keçirib, saxlanılanlar var

Misir polisi bir gün əvvəl axşam saatlarında "Anadolu" agentliyinin (AA) Qahirədəki ofisində reyd keçirib.

Bu barədə Manevr.az “Anadolu”ya istinadən xəbər verir.

Məlumata görə, reyd zamanı agentliyin dörd əməkdaşı, o cümlədən Türkiyə vətəndaşı saxlanılıb. Qeyd edilir ki, saxlanılanlar naməlum istiqamətə aparılıb.

Polis əməkdaşları yerli vaxtla təxminən saat 18:00-da agentliyin Qahirədəki ofisinə daxil olublar. Hüquq-mühafizə orqanlarının əməkdaşları ofisdə müşahidə kameralarının fəaliyyətini dayandırıb, internet şəbəkəsini kəsib.

Ofisdə axtarışlar yanvarın 15-i səhərə qədər davam edib. Agentliyin əməkdaşlarının şəxsiyyət vəsiqələri, mobil telefonları və kompüterləri götürülüb, agentliyin mərkəzi ofisi və əməkdaşların ailə üzvləri ilə əlaqə saxlamaq cəhdlərinin qarşısı alınıb.

Polis agentliyin Qahirə ofisinin vəkilinə hər hansı informasiya verməkdən imtina edib. Vəkil ofisdən çıxarılıb, axtarış davam etdirilib.

Gecə polis əməkdaşlardan birini - Misir vətəndaşını buraxıb. Lakin agentliyin dörd əməkdaşı, o cümlədən Türkiyənin bir vətəndaşı ofisdə səhərə qədər saxlanılıb.

Qeyd edilir ki, Türkiyənin Qahirədəki Səfirliyinin müvəqqəti işlər vəkili Kamaləddin Əruyqur vəziyyəti izləyir. Türkiyənin Xаrici İşlər Nаzirliyi də həmçinin Misirin Ankaradakı Səfirliyi ilə vəziyyəti izləyir.

Agentliyin vəkilləri və Türkiyənin Qahirədəki səfirliyi Misir hakimiyyətindən agentliyin Qahirə ofisinin əməkdaşlarının olduğu yer haqqında informasiya verməyi tələb ediblər. "Anadolu"nun baş direktoru Şenol Kazançı agentliyin əməkdaşlarının təcili azad olunmasını tələb edib.

"Rəsmi Qahirənin KİV əməkdaşları ilə bağlı mövqeyi yolverilməzdir. Misir hakimiyyəti dərhal agentliyin Qahirə ofisinin əməkdaşlarını azad etməlidir", - Kazançı deyib.

Misir polisi "Anadolu" agentliyinin Qahirədəki ofisində reyd keçirib, saxlanılanlar var

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar