Xəbər lenti
İran Qasım Süleymaninin öldürülməsinə görə Trampı məhkəməyə verəcək
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Qüds" qüvvələrinin rəhbəri olmuş general Qasım Süleymaninin öldürülməsi əmrini verdiyinə görə ABŞ Prezidenti Donald Trampı məhkəməyə verəcək.
Manevr.az apa-ya istinadən bildirir ki, bu barədə İran Ali Məhkəməsinin sədri İbrahim Rəisi bildirib.
"Biz ABŞ Prezidentini əsas təqsirləndirilən şəxs kimi qəbul edirik", - deyə İran Ali Məhkəməsinin sədri vurğulayıb.
Onun sözlərinə görə, bu məsələ ilə İran Ali Məhkəməsinin nəzdində İnsan Hüquqları Şurası və Xarici İşlər Nazirliyi məşğul olmalıdır.
Ali Məhkəmənin sədri bununla bağlı hansı beynəlxalq təşkilata müraciət ediləcəyi haqda məlumat verməyib.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar