Xəbər lenti
İrəvan təkrarladı: “Qarabağ qaytarılmayacaq” – Spikerdən həyasız açıqlama

“Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi daxilində həlli mümkün deyil”.
Manevr.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ararat Mirzoyan deyib.
“Ermənilərin Azərbaycan ərazisində və ya Azərbaycanın suverenliyi çərçivəsində fiziki təhlükəsizliyini təmin etmək mümkün deyil. Münaqişənin bu formada həlli qeyri-mümkündür. Beləliklə, Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etməyin yeganə yolu Qarabağın öz müqəddəratını təyin etməsidir. Ermənistan Respublikası bu təhlükəsizliyin qarantıdır”, - Mirzoyan bildirib.
Baş nazir Nikol Paşinyandan sonra Ararat Mirzoyan da “Qarabağın təhlükəsizliyinin qarantı Ermənistandır” ifadəsini təkrarlamaqla, ölkələrinin prosesdə işğalçı tərəf kimi iştirak etdiyi etiraf edir.
Bu faktora söykənərək, erməni rəsmilər tez-tez Ermənistan ordusunun işğal etdiyi Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının mümkünsüzlüyünü dilə gətirirlər.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar