Xəbər lenti
Orxan Camalın qətli ilə bağlı yeni açıqlama: Xəbərdarlıq edilmişdi
Mərkəzi Afrika Respublikasında əslən Azərbaycandan olan rusiyalı jurnalist Orxan Camalın öldürülməsinin səbəbi qarət olub.
“Kommersant” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədr müavini İqor Krasnov açıqlama verib.
Onun sözlərinə görə, 30 iyul - qətl günü Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko nəqliyyat vasitəsilə “naməlum kişi” ilə görüşmək üçün Bambari şəhəri istiqamətində hərəkət ediblər. Orxan Camal və yoldaşlarını bu zaman qaradərili dəstə üzvləri saxlayıb, foto və videoavadanlıqları tələb ediblər. Rusiya vətəndaşları buna etiraz ediblər və nəticədə, cinayətkarlar tərəfindən öldürülüblər.
İstintaq Komitəsinin rəsmisi, həmçinin, bu ölkədə gecə səyahət etməyin təhlükəli olması barədə Orxan Camal və yoldaşlarına xəbərdarlıq edildiyini qeyd edib.
“Hücumun şəraiti MAR və ya qonşu ölkələrin sakinləri tərəfindən qətl hadisəsinin qarət məqsədilə törədildiyini göstərir”, - Krasnov bildirib.
Xatırladaq ki, Orxan Camal 31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan “Vaqner” barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirilib. Rusiyanın tanınmış hərbi jurnalisti, ictimai xadim Orxan Camal görkəmli ictimai-siyasi xadim, islamşünas Heydər Camalın oğludur.oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar