Sizin Reklam Burada
Xəbər lenti
12-05-2024
11-05-2024
BÜTÜN XƏBƏRLƏR

Trampın iqamətgahı yaxınlığında silahlı İran vətəndaşı saxlanılıb -ŞƏKİL

Tarix: 11-01-2020 05:41     Baxış: 3140 A- / A+
Trampın iqamətgahı yaxınlığında silahlı İran vətəndaşı saxlanılıb

Üzərində soyuq silah və külli miqdarda pul olan İran vətəndaşı ABŞ prezidenti Donald Trampın Mar-a-Laqoda (Florida ştatı-red) şəhərkənarı iqamətgahından bir neçə kilometr məsafədə saxlanılıb.

Bu barədə Palm-Biç şəhərində nəşr edilən “Daily News” qəzeti şəhər polisinin nümayəndəsi Maykl Oqrodnikə istinadən bildirib.

Məlumata görə, saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman ondan İran vətəndaşı Məsud Zolehə məxsus pasport, habelə soyuq silah – sivri ucluqlu dəhrə, 22 min dollar götürülüb.

Qəzet iranlının həbs edilib-edilmədiyini dəqiqləşdirməyib. Yalnız bildirilir ki, o, məhkəməyə aparılıb.

Qeyd edək ki, bu, Mar-a-Laqoda belə qbəildən olan ilk hadisə deyil. Ötən ilin dekabrında Palm-Piç polisi Trampın malikanəsinin ərazisinə qanunsuz keçdiyinə görə Çin sakinini saxlayıb. Saxlanıldıqdan sonra aydınlaşıb ki, 56 yaşlı Szin Lunun ABŞ-dakı vizasının müddəti başa çatıb.

Həmin ilin noyabrında Florida ştatının Cənub Dairəsinin Federal Məhkəməsi Çinin başqa vətəndaşını Mar-a-Laqo ərazisinə qanunsuz keçdiyinə, həmçinin ABŞ-ın Məxfi Xidmətinin əməkdaşlarına yalan məlumat verdiyinə görə 8 aylıq azadlıqdan məhum edib. report

Manevr.az

Trampın iqamətgahı yaxınlığında silahlı İran vətəndaşı saxlanılıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar