Xəbər lenti
Qəzaya düşən təyyarənin qalıqları üzərində müəmmalı izlər tapıldı - ŞƏKİL
176 nəfərə məzar olan "Boeing 737" təyyarəsinin qalıqlarının görüntüləri yayılıb.
Təyyarənin qəzaya düşdüyü deyilsə də, dəmir parçalarının üzərindəki mərmi izləri fikir müxtəlifliyi yaradıb. Bu izlər təyyarənin vurulması iddialarını daha da gücləndirib.
"İranın Tehran vilayətinin Pərənd şəhəri yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin motor hissəsində yanğın baş verib", - İranın Yol və Şəhərsalma Nazirliyinin rabitə və informasiya mərkəzinin direktoru Qasim Biniyaz IRNA-ya açıqlamasında deyib.
Q.Biniyazın sözlərinə görə, pilotun təyyarəni idarə edə bilməməsi qəzaya səbəb olub.
Qeyd edək ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 ekipaj üzvü olub.Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar