Xəbər lenti
Tramp təcili iclas keçirdi: İranın hücumuna cavab hazırlanır
İranın ABŞ-ın İraqdakı bazalarını vurmasından sonra Ağ Evdə ABŞ Prezidenti Donald Tramp Müdafiə naziri Mark Esper və Dövlət katibi Mayk Pompeo ilə iclas keçirib.
Manevr.az xəbər verir ki, iclas bir saatdan çox davam edib.
Görüşdən sonra ABŞ Dövlət katibi Mayk Pompeo İraq Kürd Muxtar Vilayətinin Baş naziri Bərzani ilə telefon danışığı aparıb. Pompeo ilə bərabər Donald Tramp da raket zərbələrindən sonra telefon danışığı həyata keçirib. Belə ki, o, Qətər əmiri Tamim bin Həmad əs-Saniyə zəng vurub və onunla İrandakı situasiyanı müzakirə edib. Tramp ona ABŞ-la tərəfdaşlığa verdiyi önəmə görə təşəkkürünü çatdırıb.
İranın raket zərbələrindən sonra həmçinin ABŞ Dövlət katibi Mayk Pompeo Konqresə dinləmələrə dəvət edilib. Onu Konqresə Nümayəndələr Palatasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Eliot Engel dəvət edib. Dinləmələrin yanvarın 14-də keçirilməsi nəzərdə tutulub. Pompeo isə hələlik Konqresin təklifinə heç bir cavab verməyib.
ABŞ senator, demokrat Ed Marki isə İrana qarşı ABŞ-ın cavabını Trampın Konqreslə razılaşdırılmalı olduğunu deyib:
“Tramp gərək Konqresdən hərbi güc istifadəsi üçün izn alsın. Trampın ABŞ və müttəfiqlərinin hərbçilərinin həyatlarına məsuliyyətsiz yanaşması, İranla təhlükəli konflikt eskalasiyası bizim insanları birbaşa oda atmaq deməkdir”.
Respublikaçı senator Marko Rubio isə ABŞ-ın İranın hücumlarına cavab üçün lazımi tədbirləri müəyyənləşdirildiyini bildirib. O, yaşanan insidentə mütləq cavab veriləcəyini söyləyib.
İraqdakı bazaların vurulmasından sonra həmçinin ABŞ Mülki Aviasiya İdarəsi ölkə aviaşirkətlərinə İran, İraq, Fars körfəzi və Oman körfəzi üzərində uçuşları qadağan edib. Buna səbəb kimi Yaxın Şərqdə artan hərbi və siyasi gərginlik göstərilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar