Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qasım Süleymaninin dəfn mərasimi təxirə salındı

Tarix: 07-01-2020 16:48     Baxış: 4213 A- / A+
Qasım Süleymaninin dəfn mərasimi təxirə salındı


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı "Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin dəfn mərasimi təxirə salınıb.

Manevr.az apa-ya istinadən xəbər verir ki, bu barədə dəfn mərasiminin təşkilat komitəsinin sədri Mehdi Sedqi bildirib.

"Əvvəlcə Qasım Süleymaninin dəfn olunduğu xəbərini elan etdik ki, kütlə sakitləşsin. İzdiham müşahidə olunduğundan dəfn prosesini icra etmək mümkün deyil. Buna görə dəfn mərasimi təxirə salınıb. Dəfn mərasimi başqa vaxtda təşkil olunacaq”, - deyə M. Sedqi qeyd edib.

Qeyd edək ki, İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar