Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

Jirinovski İrana məsləhət verdi: Liviya kimi olmaq istəmirsinizsə...

Tarix: 04-01-2020 19:19     Baxış: 3199 A- / A+
Jirinovski İrana məsləhət verdi: Liviya kimi olmaq istəmirsinizsə...

Rusiya Liberal Demokrat Partiyasının lideri qalmaqallı siyasətçi Vladimir Jirinovski yenə maraqlı açıqlamalarla diqqət çəkib.

Rus siyasətçi öz “Telegram” kanalında paylaşım edərək İrana məsləhətlər verib.

Jirinovski qeyd edib ki, ABŞ-ın İran generalını öldürməsi bu ölkənin yaxın şərq haqqında işğalçı planlarından xəbər verir:

“ABŞ indi cəhd edir ki, Rusiya və Çinə də zərbələr endirsin. Onların məqsədi yaxın şərqdəki alovu regionun bütün dövlətlərinə yaymaqdır. İran isə bu ssenaridən qaçmaq istəyirsə, bizimlə iş birliyi etməlidir. Onlar bizə kömək üçün müraciət etməli, Rusiya isə Hind okeanı sahillərində hərbi-dəniz bazası, eləcə də hərbi hava və quru qoşunları bazaları yerləşdirməlidir.

Bundan əlavə, İrana hava hücumundan müdafiə qurğuları da sata bilərik ki, öz səmalarını düşmən qoruya bilsinlər. Əgər bütün bunları eləsə, İran yaşayacaq, əks halda onu da Liviyanın taleyi gözləyir. Biz əlbəttə ki, bunu arzulamırıq”.oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar