Xəbər lenti
Erməni general dronlarla “Bakı-Ceyhan”ı vurmaqla hədələdi…
“Bu minvalla Qarabağ danışıqları 100-150 il davam edə bilər…”
“Danışıqlar naminə danışıq aparmaq axmaqlıq və mənasızdır…”
“2019-cu ildə Qarabağla bağlı danışıqlarda müsbət dəyişikliklər olmadı. Çünki ATƏT-in Minsk Qrupu və danışıqlar aparan tərəflər problemin əsl səbəblərini və hansı yolla irəliləməyi, hansı qərarlar qəbul etməyin lazım olduğunu bilmirlər”.
Bunu Ermənistanın tert.am saytına müsahibəsində erməni general-leytenant Norat Ter-Qriqoryants deyib.
“Danışıqlar naminə danışıq aparmaq axmaqlıq və mənasızdır. Bu minvalla Qarabağ danışıqları 100-150 il davam edə bilər. Sual belə qoyulmalıdır: niyə bütün bunlar baş verdi? İlham Əliyev və Nikol Paşinyan arasındakı münasibətlər pis deyil. Amma biz uşaq deyilik, başa düşürük ki, Azərbaycan və Ermənistan liderlərinin görüşündə ATƏT-dən kimsə iştirak etmirsə, bu, danışıqlar deyil, mən belə danışıqlara inanmıram”-deyə N.Qriqoryants bildirib.
Erməni generalın sözlərinə görə, bu formatda görüşlər keçirildiyi üçün Ermənistanda Paşinyanın ərazini təhvil verəcəyini söyləyə bilərlər. Azərbaycanda isə Əliyevi güzəştlərdə ittiham edərlər.
N. Ter-Qriqoryants həyasızcasına deyir ki, “Azərbaycan kimi bir təcavüzkarla danışıqlar buna dəyməz”.
“Onların nə danışdıqlarını heç kim bilmir. Məsələn, mən baş nazirə etibar edirəm, amma Azərbaycanda da Əliyevə güvənirlər. Nə dediklərini, nə danışdıqlarını heç kim bilmir. Hansı kompromisdən danışırıq, hansı yolla gedəcəyik və ya hansı mexanizm sayəsində üç tərəf üçün də məqbul olacaq bir həll yolu var? ATƏT olmadan Paşinyanın Əliyevlə görüşləri təhlükəli nəticələrə səbəb ola bilər “- erməni general belə hesab edir.
N. Ter-Qriqoryantsın sözlərinə görə, xüsusilə, Qarabağ-Azərbaycan sərhəddində 90-cı illərdə səhv imzalanmış bir sənəd olduğuna görə atəş və təxribat davam edir.
“Təəssüf ki, prezident məni sənədi imzalamağa cəlb etmədi, komandanlıq məntəqəsində qaldım. “Atəşkəs sazişi” yazdılar, amma “atəşkəs” nə deməkdir? Biz müharibə edən ölkələrik, bizim tərəfimiz qalib gəldi və birdən “atəşi dayandıraq” dedik. Tamamilə fərqli bir sənəd imzalamaq lazım idi. Azərbaycanın təslim olması və Dağlıq Qarabağın müstəqilliyi haqqında danışmaq gərək idi. Çünki Azərbaycan Qarabağa hücum etdi və onu ələ keçirmək, da sonra Naxçıvandan Zəngəzur və İrəvana hücum etmək niyyətində idi”
Erməni general hesab edir ki, Qarabağda eskalasiya təhlükəsi var, çünki “Əliyev vaxtaşırı nifrət dolu bəyanatlarla çıxış edir və insanları müharibəyə hazırlayır.”
Düşmən general müharibə vəziyyətində dağların hərəkət teatrına çevriləcəyini və dürüst addımların atılacağı təqdirdə düşmənin məhv ediləcəyini, neft kəmərini(söhbət əsasən Bakı-Ceyhan neft kəmərindən gedir-S.L.) dronların köməyi ilə də bənzər bir aqibət gözlədiyini vurğulayıb.
“Səudiyyə Ərəbistanında baş verənləri gördük. Qoy Azərbaycan yaxşı düşünsün, onun kiminləsə döyüşməyinin heç bir faydası yoxdur “-deyib general Norat Ter-Qriqoryants. \moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar