Xəbər lenti
Diplomatları amansızlıqla öldürən erməni terrorçunun fotorobotu hazırlandı
40 il əvvəl Türkiyə Respublikasının Avstraliyanın Sidney şəhərindəki baş konsulu Şarık Arıyak və təhlükəsizlik üzrə attaşe Engin Severin erməni terror təşkilatı tərəfindən qətlə yetirilməsi hadisəsinin istintaqı ilə bağlı yeni məlumatlar yayılıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, konsulluq binasının qarşısında erməni terrorçu tərəfindən vəhşicəsinə qətlə yetirilən diplomatların qatilinin fotorobotu hazırlanıb.
Bildirilir ki, erməni terror təşkilatlarının üzvü olan həmin terrorçuların hazırda təxminən 60 yaşları vardır. Yenilənən cinayət işi ilə hazırda Sidney Terrorla Mübarizə Təşkilatının əməkdaşları məşğuldurlar. Polis müraciət edərək cinayətkarlar barədə məlumatı olan şəxslərdən kömək istəyib.
Ən son məlumata görə, 1980-ci il dekabrın 17-də türk diplomatları Şarık Arıyak və Engin Severə qarşı törədilən terror aktı JCAG (“Saxta “erməni soyqırımı” ədalət komandanlığı”) erməni terror təşkilatının üzvləri tərəfindən həyata keçirilib.
Qeyd edək ki, erməni terrorçuları 1973-1985-ci illərdə 31-i diplomat olmaqla, 55 Türkiyə vətəndaşını öldürüblər, 299 nəfər yaralanıb, dövlətə və mülki şəxslərə külli miqdarda maddi ziyan vurulub. ASALA, JCAG və ARA erməni terror təşkilatları bu cinayətləri əlaqəli şəkildə həyata keçiriblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar