Xəbər lenti
Okeanın dibində minlərlə qəribə obyekt tapdılar

ABŞ-ın Kaliforniya ştatının Monterey-Bey Akvariumu Elmi-Tədqiqat İnstitutunun (MBARI) alimləri okeanın dibində bir neçə min qəribə dəlik aşkarlayıblar.
Manevr.az Sputnik Azərbaycan-a istinadən bildirilir ki, dəliklərin mənşəyi bəlli deyil. Dairəvi formada olan çuxurlardan ən irilərinin eni orta hesabla 175 m, dərinliyi 5 metrdir. 1.3 min kvadrat kilometr ərazidə 5.2 min dəlik aşkarlanıb.
Mikrodepressiyaların - böyük olmayan çuxurların diametri isə 11 metrə çatır. Onların dərinliyi 1 m təşkil edir. Onların divarları dikdir.
Dünya okenanının müxtəlif sahələrində rast gəlinən bu cür dəliklər dəniz dibindən metan qazının və digər maddələrin çıxması ilə əlaqələndirilir. Bu, dəniz dibinin qeyri-sabitliyinə, nəticədə isə neft platformaları və külək turbinləri kimi qurğular üçün təhlükəyə gətirib çıxara bilər. Amma maraqlısı budur ki, MBARI-nin mütəxəssisləri heç bir metan izi aşkarlamayıblar. Əldə olunan məlumatlara əsasən bildirilir ki, bu dəliklər 50 min ildən çoxdur ki, aktiv deyil.
Bütün mikrodepressiyalarda daşlar, dəniz yosunları, sümüklər, zibil və tilov qırıqlarına rast gəlinir. Tədqiqatçılar hesab edirlər ki, bu dəliklər təzədir və dəniz cərəyanları səbəbindən yaranıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar