Xəbər lenti
Nyu Yorkda yəhudi icmasına hücum edən şəxs saxlanılıb
Nyu York hüquq mühafizə orqanları bildirir ki, şənbə günü Hanuka yəhudi bayramının yeddinci gecəsində şübhəli Qrafton Tomas bir ravinin evində beş adamı bıçaqladığı üçün saxlanılıb.
Nyu Yorkun Monsey qəsəbəsində baş verən hücum zamanı ravinin evində təxminən 70 nəfər olub.
“Beş nəfərə sui-qəsd cəhdi və birinci dərəcəli oğurluq işinə baxılacaq," deyə polis rəisi Brad Veidel bildirib.
Hakim zəmanətin məbləğini $5 milyon dollar olaraq təyin edib. Qrafton həbsdə saxlanılır.
Prezident Donald Tramp hücumu "dəhşətli" adlandırıb. O, Twitter hesabında yazıb:
"Hamımız antisemitizm bəlası ilə mübarizə aparmaq, ona qarşı durmaq və onu aradan qaldırmaq üçün bir araya gəlməliyik. Melania və mən yaralıların tezliklə sağalmasını diləyirik."
"Son bir neçə həftədir ki, davam edən bayramlar dövründə Nyu Yorkda antisemitizm zəminində 13 insident baş verib,” Nyu York ştatının qubernatoru Endryu Kuomo deyib.
“Bu terrordur. Bu daxili terrorizmdir. Bunlar kütləvi zərər, kütləvi zorakılıq törətmək, irq, rəng, inanc əsasında qorxu yaratmaq niyyətində olan insanlardır. Terrorun tərifi budur. Bu insanların başqa ölkələrdən gəlməməsi onların terrorçu olmadığını ifadə etmir. Onlar ölkədaxili terrorçu kimi məsuliyyətə cəlb olunmalıdırlar,” Kuomo əlavə edib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının bildirdiyinə görə, bu hadisə son bir neçə gündə Nyu York şəhərinin ərazisində baş verən anti-semit hücumların ən sonuncusu və ən şiddətlisidir. amerikaninsesi.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar